Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət…

Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət…
Vətəndaş, eyni zamanda hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti leytinant Fərid Əzizli, DSX rəisi Elçin Quliyevə şikayət ünvanlayıb.

O, bu şikayətini özü ilə bağlı yox, hazırda DSX zabiti olan həyat yoldaşının adından edir.

Buna səbəb isə xidmətdə olan xanım zabitin qanuvericiliklə ad-soyadının yayılmasının doğru olmamağıdır.

Belə ki, Gununsesi.info vasitəsi ilə Elçin Quliyevə şikayət ünvanlayan Fərid Əzizli, hospital rəisi polkovnik Şükür Eyvazovdan şikayətçidir.

O, Şükür Eyvazovun onun zabit xanımına qarşı qərəzli münasibət göstərdiyini bildirir:

“Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında tibb xidməti kapitanı rütbəsində həkim-ginekoloq və cərrah kimi fəaliyyət göstərən həyat yoldaşımın üzləşdiyi problemlə bağlı həm yazılı formada, həm də kütləvi informasiya vasitələrindən istifadə edərək, DSX-in rəisi cənab general-polkovnik Elçin Quliyevə müraciət etmişəm. Müraciətlərim əsasında hospital rəisi polkovnik Şükür Eyvazov, həyat yoldaşıma qarşı bir müddət qərəzli xidmətindən çəkinsə də, hazırda həmin fəaliyyətinə davam edir”, – deyə o, bildirib.

Ehtiyatda olan leytenant Fərid Əzizli həmçinin bunları da deyib:

“Xanım hərbi qulluqçu 10 ildir ki, DSX-də xidmət edir. O, 2015-ci ildə işə qəbul üçün müraciət etdikdən sonra, şəxsən Elçin Quliyevin qəbulunda olub. Xidmət rəisi xanımım 2 sinif ekstern imtahan verərək 14 yaşında orta məktəbi fərqlənmə ilə bitirib. Daha sonra iki tibbi ixtisas üzrə ali təhsil alıb və birbaşa leytenant rütbəsi ilə təltifləndirmişdir. 10 illik xidmət müddətində müxtəlif vaxtlarda 2-ci, 3-cü dərəcəli “xidmətdə fərqlənmə” medalları ilə xidməti qiymətləndirilmiş və hərbi rütbələrini vaxtında verilmişdir. Hazırda polkovnik Şükür Eyvazov həyat yoldaşıma attestasiya keçirərək, daha ağır intizam cəzaları verib, DSX-in rəisi qarşısında nüfuzdan salmaq, xidmətinə xələl gətirmək niyyətindədir. Hospital rəisi, hərbi hospitalda çalışan hər hansısa işçini işdən uzaqlaşdrmaq niyyətindədirsə, həmin şəxsə qarşı qərəzli xidmət qurur, hospitala müayinə üçün müraciət edən vətəndaşların adından saxta şikayət ərizələri hazırladıb, hərbi qulluqçunu nüfuzdan salacaq formada DSX rəhbərliyinə məruzə edir”.

Fərid Əzizli əlində olan faktların hamısının ictimailəşdirmək yox, DSX rəisinə göndərmək niyyətindədir:

“Hazırda belə halla üzləşənlərdən biri də həyat yoldaşımdır. Bunu təkzib olunmaz faktlara əsasən iddia edirəm, lakin DSX rəisinin və qurumun nüfuzunu düşünərək həmin faktları ictimailəşdirmək istəmirəm. Əlbəttə, bu faktları DSX rəisinə göndərəcəm. Şahid olduğum mənzərə budur ki, polkovnik Şükür Eyvazov DSX-in rəisi Elçin Quliyevin hansı qaydada xidmətini təşkil etdiyini dərk etməkdə çətinlik çəkir. Əminəm ki, müraciətimi hazırda xidmət edən sərhəçilər də oxuyacaq. Elçin Quliyevin xidmətini yaxından tanıyan keçmiş DSX zabiti kimi bildirirəm ki, DSX-in rəisinə hər hansısa zabit barədə məruzə olunarsa, o, tələsik hərəkət etmir, həmin zabitin fəaliyyəti barədə bir neçə özünün güvəndiyi şəxslər, kanallar vasitəsilə dəqiq məlumat əldə edir və sonradan zabit barəsində qərar qəbul edir”.

Xanım zabitin həyat yoldaşı Fərid Əzizli son olaraq bildirir:

“4 ildir ki, hərbidə xidmət edən polkovnik Şükür Eyvazov, 40 il ömrünü hərbiyə həsr edən general-polkovniki aldadacağını düşünür. Polkovnik Ş.Eyvazov İntizam Nizamnaməsinin 108,109,112,121,122-ci maddələrini pozaraq, xanım hərbi qulluçunun hüquqlarını məhdudlaşdırıb. Həyat yoldaşıma verilən intizam cəzalarının və hospital rəisinin fəaliyyətinin araşdırılması üçün, DSX -in rəisi cənab general-polkovnik Elçin Quliyevin müvafiq göstəriş verməyini xahiş edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...