Muharrem İncə CHP-yə qayıtdı

Muharrem İncə CHP-yə qayıtdı
Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İncə Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıtdığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat dərc edib.
Türkiyə KİV yazır ki, CHP sədri Özgür Özəl partiyanın bu gün parlamentdə baş tutacaq iclasında İncənin yaxasına partiya nişanını taxacaq.
Qeyd edək ki, M. İncə ötən gün Məmləkət Partiyasının iclasına sədrlik edib. İclasda partiyanın buraxılması ilə bağlı qərar qəbul edilib. Belə ki, Məmləkət Partiyası iyulda keçiriləcək növbədənkənar qurultayla özünü ləğv edəcək.
Xatırladaq ki, uzunmüddət CHP-də fəaliyyət göstərmiş İncə 2018-ci ildə də partiyanın prezidentliyə namizədi olub. 2021-ci ilin fevralında CHP-dən ayrılan İncə 2021-ci ilin mayında Məmləkət Partiyasını qurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...