Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan yoxdur

Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan yoxdur


Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan olmayıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib. Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb.

Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib. Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub. "Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyyə olunan olmayıb", - FHN-dən bildirilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...