ABŞ türk konsulunu öldürən ermənini azad etdi

ABŞ türk konsulunu öldürən ermənini azad etdi


ABŞ milliyətcə erməni olan Harri (Hampiq) Sasunyanı şərti azadlığa buraxıb.

Axar.az xəbər verir ki, Sasunyanın azadlığa çıxması haqqında qərar Kaliforniya ştatının xüsusi şurası tərəfindən qəbul edilib. Şura Sasunyanın “Erməni İnqilab Ordusu” terror təşkilatının üzvü olduğunu və onun ömürlük həbs cəzası müddətinin 2002-ci ildə günahını etiraf edərək, rəsmi üzr istəməsindən sonra bağışladığını bildirib.

Qeyd edək ki, Sasunyan 1982-ci ildə Türkiyənin Los Anceles şəhərindəki Baş konsulu Kamal Arıkanı qətlə yetirib. Bu cinayətə görə o, ömürlük həbs cəzasına məhkum edilib.

ABŞ rəsmilərinin onun “Erməni İnqilab Ordusu”nun üzvü kimi təqdim etməsindən fərqli olaraq, Sasunyan ASALA üzvüdür. Məhz ASALA digər erməni terror təşkilatlarına türk diplomatlarına və bütün türk obyektlərinə hücum əmri verib. “Erməni İnqilab Ordusu”nun 1983-cü ildə yarandığını nəzərə alsaq, Sasunyanın bu təşkilatın üzvü kimi cinayət törətmədiyini görərik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...