ABŞ rəsmisi Bakıdan Rusiyaya mesaj göndərdi
“İstənilən boru xətti dövlətlərin müstəqilliyinə təhdid və ya siyasi müstəvidə silah kimi istifadə olunmamalıdır”.
AzVision.az-ın xəbərinə görə, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bunlardan suverenliyə təsir mexanizmi kimi istifadə edilməməlidir: “Bu məsələlər Avropa üçün əhəmiyyət daşıyır”.
O, əlavə edib ki, Transxəzər layihəsi ABŞ çün prioritetdir: “Xəzər ətrafında yerləşən ölkələr arasında müəyyən razılaşmalar ola bilər. Bu razılaşmalar əsasında neft və neft məhsullarının Avropaya çatdırılması mümkündür. Bu layihənin icrası qonşu ölkələrin razılaşmasından asılıdır. Nə ABŞ, nə də digər dövlətlər düşünür ki, Rusiya enerji təhlükəsizliyinin bir hissəsi ola bilməz. Lakin istəmirik ki, təchizatçı ölkə bazara daxil olarkən bazar qaydalarını pozsun və monopolist siyasət həyata keçirsin. Biz arzu edirik ki, Xəzər dənizinin ehtiyatları Avropa bazarına çıxa bilsin. Əminik ki, bu, baş verəcək”.
889 dəfə oxundu