NEFT BAHALAŞA BİLƏR - 14 ölkədən 6-sı neft hasilatını azaltmağa razıdır

NEFT BAHALAŞA BİLƏR -

OPEC-ə üzv olmayan 14 ölkədən yalnız 6-sı Vyanada neft hasilatının həcminin azaldılmasını müzakirə etməyə razıdır. AzVision.az “Reuters” saytına istinadən xəbər verir ki, Vyana görüşündə iştirak edəcək 14 qeyri-OPEC ölkəsindən təkcə Azərbaycan, Rusiya, Oman, Qazaxıstan və Meksika neft istehsalını aşağı salmağa razılıq verib.

Bundan başqa Səudiyyə Ərəbistanı da OPEC-in növbəti görüşünə müsbət cavabla gedir. Belə ki, Səudiyyə Ərəbistan gələn ilin yanvarından neft satışının həcmini azaldacaq və bununla bağlı öz müştərilərini məlumatlandırıb.

Rusiya isə ölkədəki neft şirkətləri tərəfindən hasilatı azaltmaq barədə göstəriş verməyəcəyini bəyan edib. Baş nazirinin müavini Arkadi Dvorkoviç deyib ki, hökumətin Rusiya neft şirkətlərindən hasilatı azaltmaq tələbi yoxdur: “Bu istiqamətdə bizə imkanlar verən hər hansı beynəlxalq saziş də yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...