Nazir: "Xərclərin optimallaşdırılması siyasəti davam etdiriləcək"

Nazir: "Xərclərin optimallaşdırılması siyasəti davam etdiriləcək"


"2016-cı ildə olduğu kimi, 2017-ci ildə də ölkədə fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi mərhələli şəkildə azaldılır: "Gələn il üçün transfertlər 1 milyard 515 milyon manat və ya 20% azaldılaraq 6,1 milyard manat nəzərdə tutulub".

Nazir əlavə edib ki, gələn il xərclərin optimallaşdırılması siyasəti davam etdiriləcək. "Xərclərin optimallaşdırılmasına baxmayaraq, əhalinin həssas təbəqələrinin təminatının gücləndirilməsi, sosial öhdəliklərinin yerinə yetirilməsi öncül hədəflər olaraq qalacaq və bunun üçün maliyyə təminatı yaradılacaq", - deyə o bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...