Həkimlər Rəşad Sadıqova məşq etməyi qadağan edib

Həkimlər Rəşad Sadıqova məşq etməyi qadağan edib


"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə Çexiyanın "Slovan” klubunun qonağı olacaq. Futbol11.az xəbər verir ki, Ağdam klubunun sözügedən oyunda kapitanı Rəşad Sadıqovun xidmətindən istifadə etməyəcəyi dəqiqdi.

Belə ki, millimizin düşərgəsində zədə alan futbolçu üçün cari ilin bitdiyi artıq məlumdu. Ancaq Rəşad zədəli olsa da, komanda ilə birgə Çexiya səfərinə yollananlar sırasındadı. "Qarabağ”la Çexiyaya əzam olunan əməkdaşımızın verdiyi məlumata görə, Sadıqov son durumu ilə bağlı danışıb.

Kapitan bildirib ki, həkimlər ona məşq etməyi belə qadağan edib. O, 1 ay sonra məşqlərə başlayacağını açıqlayıb. Qeyd edək ki, "Qarabağ” Bakı vaxtı ilə 17:00-da vətəni tərk edəcək və gecə saatlarında Çexiyaya çatacaq. "Slovan” – "Qarabağ” oyunu isə noyabrın 24-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...