“Başımda 24 milyon şey var...” deyib qadınları söyən gömrük zabiti qovuldu
Gömrük postlarından birində ölkədə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub. Bu barədə virtualaz.org-a Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, həmin gömrük zabitinin sərhəd-gömrük keçid məntəqəsində vətəndaşlarla necə davrandığına dair videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən həmin zabit İrandan qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: “Kor sənsən. Mənim beynimdə 24 milyon şey var...rüşeym, hüceyrə var, sən həmişə də gedibsən..”
Bu videorolik sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Dövlət Gömrük Xidmətinin mətbuat xidməti geniş rezonansa səbəb olmuş bu kadrlarla bağlı virtualaz.org-a bildirib ki, həmin əməkdaş Azərbaycanın Gürcüstanla sərhədindəki “Sınıq Körpü” gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərovdur. Və o, artıq vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.
923 dəfə oxundu