“Hazırda faiz dərəcələrinin artırılması daha realdır” - FED
“Birjaların Donald Tramp idarəçiliyinə verəcəyi reaksiya diqqətlə izlənilməlidir”. “APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Daniel Tarullo deyib. Onun sözlərinə görə, Donald Trampın prezident seçilməsi birjalarda dalğalanmalara təkan verib. “Xüsusilə də istiqraz faizləri və valyuta məzənnələrindəki yüksəliş “daha yüksək artım, daha yüksək xərclər və daha yüksək inflyasiya” gözləntilərini ifadə edir”, - deyə D. Tarullo qeyd edib.
Tarullo bildirib ki, FED pul siyasəti qərarlarını qısa müddətli birja əməliyyatlarına uyğun tənzimləməyəcək: “Buna baxmayaraq FED birjaların Trampın prezidentliyinə verəcəyi reaksiyanı yaxından izləyəcək”. Tarullo, həmçinin faiz dərəcələrinin artırılması məsələsinin uzadılmasının ölkə iqtisadiyyatı üçün “əlavə gərginlik” yarada biləcəyinə eyham vurub. “Faiz dərəcələrinin artırılması əvvəlki dövrlə müqayisədə hal-hazırda daha realdır”, - deyə Tarullo qeyd edib.
846 dəfə oxundu