Dollar bahalaşmağa davam edir

Dollar bahalaşmağa davam edir


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən musavat.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 7-si ilə müqayisədə 0,54% möhkəmlənərək 1,6686 manata çatıb.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,26% bahalaşaraq 1,8424 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,55% bahalaşaraq 0,0262 manat səviyyəsinə çatıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,56% möhkəmlənərək 0,5258 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0671 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik azalma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 0,6839 manat səviyyəsində qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...