ABŞ Rusiyaya misligörünməmiş hücumlar edəcək

ABŞ Rusiyaya misligörünməmiş hücumlar edəcək


Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) ABŞ prezident Administrasiyasının tapşırığı ilə Rusiyaya qarşı misligörünməmiş kiber hücumlara hazırlaşır.

AzVision.az xəbər verir ki, “NBC News” telekanalı ABŞ kəşfiyyatında yüksək rütbəli məmurlara istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, bu hücum rusiyalı hakerlərin ABŞ-da rezident seçkilərinin nəticələrinə təsir etmək üçün etdiyi hücuma cavab olacaq.

Məlumat əsasən kiberhücumlar Rusiya rəhbərliyinə qarşı ediləcək. Mənbə bildirib ki, kiberhücumlar Rusiya prezidenti Vladimir Putinin ətrafında olan şəxslərin şəxsi hesab və bank hesablarına ediləcək.

ABŞ vitse-prezidenti Co Bayden ABŞ-ın Rusiyanın kiber hücumlarını cavabsız qoymayacağını bəyan etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...