Dövlət Komitəsi bahalaşma ilə bağlı rəqəmləri açıqladı

Dövlət Komitəsi bahalaşma ilə bağlı rəqəmləri açıqladı


2015-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq məhsullarının 7,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9% bahalaşıb. Virtualaz.org Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 4,4% bahalaşıb.

Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, bananın, heyvanın, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, balqabağın, badımcanın, bibərin, kartofun, soğanın, sarımsağın, göyərtinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma, limonun, portağalın, naringinin, xurmanın, kələmin, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, məlumatın işlənməsi üçün avadanlıqların, səsin və təsvirin qəbulu, yazılması, əks etdirilməsi üçün qurğuların, telefon və fotoaparatların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, yuyucu vasitələrin, dərmanların, minik avtomobilləri və onların ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu ilə beynəlxalq sərnişindaşıma nəqliyyatında, respublikadan kənara istirahət turlarında qiymətlər bahalaşıb. Digər pullu xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...