Qurban Yetirmişli: Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır

Qurban Yetirmişli: Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır
Respublika üzrə seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, bunun üçün bütün respublika ərazisində tədqiqat aparmaq, dəqiqləşdirmələr etmək lazımdır:

“Seysmik rayonlaşdırma xəritəsində hansı ərazilərin 8-9 ballıq olması əks etdiriləcək. Xəritənin hazırlanması üçün Nazirlər Kabinetinə müraciət ediləcək”.

Qurban Yetirmişli qeyd edib ki, axırıncı ümumi seysmik rayonlaşdırma xəritəsi 1978-ci ildə hazırlanıb: “Spitakda baş verən güclü zəlzələdən sonra 1991-ci ildə ümumi seysmik xəritədə avtomatik olaraq seysmik ballar rayonlar üzrə bir bal artırıldı. İndi həmin xəritəni təkmilləşdirmək üçün tədqiqatlar aparmaq lazımdır”./APA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...