Türkiyədəki zəlzələnin süni yaradılması mümkündür? - Azərbaycanlı akademikdən cavab

Türkiyədəki zəlzələnin süni yaradılması mümkündür? -

"Türkiyədəki zəlzələnin süni yaradılması ilə bağlı ehtimal yanlışdır, bu, mümkün deyil”.

APA xəbər verir ki, bunu akademik Fəxrəddin Qədirov Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda bu il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr mövzusuna həsr olunmuş Ümumrespublika elmi seminarında deyib.

Onun sözlərinə görə, Günəşin, Ayın hərəkətinin Yerdə katastrofik hərəkətlərə səbəb olması ehtimalı da var, amma bunlar elmdə qəbul olunmur:

"Yəni belə güclü zəlzələnin baş vermə səbəbi kimi səsləndirilən bu cür fikirlərin heç bir elmi əsası yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...