Yaxın Şərq ölkələrini güclü qum fırtınası bürüyüb

Yaxın Şərq ölkələrini güclü qum fırtınası bürüyüb


Yaxın Şərq ölkələrini artıq bir neçə adamın ölümünə səbəb olan güclü qum fırtınası bürüyüb.

"Report" "Euronews" telekanalına istinadən xəbər verir ki, Livanda ən azı iki qadın hava çatışmazlığı nəticəsində həyatını itirib. Ölkədə hava çatışmazlığından əziyyət çəkərək həkimə müraciət edənlərin sayı min nəfərə yaxınlaşır.

Beynəlxalq təşkilatlar qum fırtınası nəticəsində ən çox zərər çəkən ölkənin Suriya olduğunu bildirirlər. Burada ən azı altı nəfər həlak olub. Ölkədə gedən hərbi əməliyyatlar və bir çox insanların evlərindən məhrum qalaraq qaçqın düşərgələrindəki çadırlarda ağır şəraitdə yaşamaları vəziyyəti bir qədər də mürəkkəbləşdirir.

İsrailin bir çox ərazilərində yalnız bir metr məsafəni görmək olur. Onlarla adam huşunu itirərək ürək çatışmazlığı ilə həkimə müraciət ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...