16 min kilsə binası satışa çıxarılacaq

16 min kilsə binası satışa çıxarılacaq


Üzvlərinin sayı son 20 ildə ciddi şəkildə azaldığı üçün iqtisadi böhranda olan İsveç Kilsəsi 16 min kilsə binasını satışa çıxara bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsveç Kilsəsinin üzvləri 20 il əvvəlki dövrlə müqayisədə iki dəfə azalıb.
İsveç Kilsəsinin iqtisadi məsələlər üzrə nümayəndəsi Lars Jonson 20 il əvvəl xalqın 86 faizinin kilsəyə üzv olduğunu, hazırda bu rəqəmin 45 faizə qədər azaldığını bildirib. İsveç Kilsəsini 2030-cu ildə iqtisadi baxımdan böyük risklərin gözlədiyini deyən Jonson qeyd edib ki, üzvlərin sayı sürətlə azalacağı halda çox yaxın gələcəkdə 16 min kilsə binası satışa çıxarıla bilər.

İcarə xərclərinin son 3 ildə 50 faiz artdığını deyən Jonson bu müddət ərzində icarə xərclərini ödəyə bilməyən yüzlərlə kilsə binasının satıldığını vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...