Sarkisyan 32 yaşlı xanım deputatı nazir təyin etdi

Sarkisyan 32 yaşlı xanım deputatı nazir təyin etdi


Ermənistan prezidenti ötən gün imzaladığı sərəncamla ölkə parlamentinin xanım deputatı Arpine Ovannisyanı ədliyyə naziri təyin edib.

Qeyd edək ki, daha əvvəl Ermənistan parlamentinin sədri Halust Saakyan bəyan etmişdi ki, Ovannisyanın namizədliyi hakim partiyanın icra aparatında razılaşdırılıb. Ermənistanın yeni ədliyyə naziri Arpine Ovannisyanın bu il 32 yaşı tamam olacaq. O, hüququ elmləri namizədidir. Qısa karyerası ərzində o, Ədliyyə Nazirliyinin məhkəmə-hüquqi islahatları idarəsinin cinayət-icra xidmətinin islahatlar aparatının aparıcı mütəxəssisi, ədliyyə nazirliyinin hüquqi aktların ekspertizası üzrə rəisinin müavini, eyni zamanda İrəvan Dövlət Universitetinin hüquq fakültəsinin vətəndaş hüququnun kafedrasının müəllimi işləyib.

Ovannisyan eyni zamanda Ermənistan Respublikası Prezident Aparatının rəhbəri vəzifəsinin köməkçisi işləyib. O, 6 may 2012-ci ildən Ermənistan parlamentinin deputatı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...