PKK 4 polisi şəhid etdi

PKK 4 polisi şəhid etdi


Türkiyədə PKK terror təşkilatının hücumu nəticəsində daha dörd polis əməkdaşı şəhid olub.

APA-nın xəbərinə görə, yola quraşdırılan partlayıcı qurğu içərisində polislərin olduğu avtomobil keçərkən partladılıb. Hadisə Mardin vilayətinin Darkeçid qəsəbəsində qeydə alınıb. Məlumata görə, terrorçular qəsəbədə tikintisi davam edən məktəbdə yanğın törədiblər. Hadisə yerinə zirehli avtomobillə gedən polislər yolda hücuma məruz qalıb və nəticədə biri polis rəisi olmaqla 4 polis şəhid olub.

Şəhid olanlar polis rəisi, 45 yaşlı İbrahim Xəlil Aksoy, polis əməkdaşları - 29 yaşlı Akif Hatunoğlu, 31 yaşlı Mehmet Hüseyn Balta və 22 yaşlı Əhməd Akalındır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...