Saakaşvili top-modelə polisdə yüksək vəzifə verdi - FOTO

Saakaşvili top-modelə polisdə yüksək vəzifə verdi -


Saakaşvili Odessa əyalətində apardığı islahatlarla təəccübləndirməyə davam edir.

Avropa.info xəbər verir ki, 28 yaşlı fotomodel, “Odessa fashion channel” telekanalının aparıcısı Anna Pençeva yerli polis orqanına mətbuat katibi təyin olunub.

Qızın atası Odessanın ən məşhur gecə klublarından birinin sahibidir. Anna Pençeva özü də bir müddət orada işləyib. 5 illik top-model karyerası ərzində fotoları jurnalların üz qabığına çıxıb. Hətta “Maxim” jurnalı üçün çılpaq foto sessiya verib.

Xatırladaq ki, Odessa polisinin başçısı Oleq Makuxa 20 min rüşvət alarkən tutulanda Saakaşvili bu hadisəyə çox qəzəblənmişdi. Hətta əyalət polisini buraxmaqla təhdid etmişdi. Anna Pençevanın təyinatı Saakaşvilinin kadr islahatında növbəti sürpriz kimi qiymətləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...