İrəvanda `donuz qripi` qorxusu - 945 nəfər xəstəxanaya yerləşdirilib

İrəvanda `donuz qripi` qorxusu -


Ermənistanda müxtəlif viruslara yoluxmuş 945 nəfər xəstəxanalara yerləşdirilib. AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Armen Muradyan bildirib. Nazirin sözlərinə görə, hazırda 420 nəfər pnevmoniyadan müalicə alır: “Pnevmaniyadan müalicə olunanların 200-ü uşaq, 114-ü isə hamilə qadındır. Yeni il tətili günlərində isə Ermənistanda 20 mindən çox insan xəstəxanalara müraciət edib”.

O qeyd edib ki, xəstələrdən 92 nəfər reanimasiya şöbəsinə yerləşdirilib: “Son 11 gün ərzində Ermənistanda H1N1 virusundan ölənlərin sayı isə 11 nəfərə çatıb”. Nazir əlavə edib ki, istirahət günlərində belə xəstəxanalar fasiləsiz işləyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...