"Bəşər Əsədə sığınacaq verə bilərik" - Putin

 "Bəşər Əsədə sığınacaq verə bilərik" -


Rusiya Suriya prezidenti Bəşər Əsədə sığınacaq verə bilər. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin “Bild” jurnalına müsahibəsində bunun mümkünlüyündən danışıb.

“Məsələ ilə bağlı müzakirələrin aparılması hələ tezdir. Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə sığınacaq verib. Bu, Əsədi sığınacaqla təmin etməkdən daha çətin idi”.

Putin qeyd edib ki, bu kimi məsələlər müzakirə olunmazdan öncə Suriya xalqına iradəsini ifadə etmək üçün imkan verilməlidir: “Əgər seçkilər demokratik üsulla baş tutsa, onda demək olar ki, Əsədə heç yerə getməyə ehtiyac qalmayacaq. Vacib deyil ki, o prezident olsun, ya yox”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...