“Bu il Çin pulu 34% ucuzlaşacaq” - PROQNOZ

“Bu il Çin pulu 34% ucuzlaşacaq” -


Londonda fəlaiyyət göstərən “Omni Partners” investisiya fondu 2016-cı ildə Çin pulu yuanın ucuzlaşacağını gözləyir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fondun strateji istiqamətləndirmə şöbəsinin rəhbəri Kris Morrison Çin valyutasının azı 15% ucuzlaşacağını deyib.

“Çin hökuməti yuanın birjadakı kursunun formalaşmasına təsir göstərə bilsələr də, bazardankənar bazis faktorlara təsir göstərə bilməyib”. Onun fikrincə, baş verə biləcək kredit böhranı yuanın 34% ucuzlaşacağını gözləməyə əsas verdiyini də deyib.

Xatırladaq ki, Çin valyutası 2015-ci il avqustun 11-dən ucuzlaşmağa başlayıb. Bunun nəticəsində ölkədən kapital qaçışı başlamış və ölkənin qızıl ehtiyatları ikl dəfə azalmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1073 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...