“Bu sənədi imzalamağa hazıram” - Paşinyan

“Bu sənədi imzalamağa hazıram” -
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmış mətnini imzalamağa hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Paşinyan bu barədə teleqram kanalında paylaşım edib.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Bu sənədi imzalamağa hazıram”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, martın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını bildirib. Onun sözlərinə görə, Ermənistan iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini Bakıya bildirib.

Daha sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
83 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...