Hacı Qalib: "Evlərim sökülüb, məni salıblar Bilgəhin tarixinə..."

Hacı Qalib: "Evlərim sökülüb, məni salıblar Bilgəhin tarixinə..."
Sabiq deputat Qalib Salahzadə Bakının Bilgəh qəsəbəsindəki bağ evinin Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən sökülməsi barədə xəbərə münasibət bildirib.



Q.Salahzadə Pravda.az-a açıqlamasında məsələnin təfərrüatlarını danışıb.



“Adil Vəliyev müsahibəsində deyib ki, “Dedim, Hacı, mən buranı boşaltdıracağam, bura hasar çəkdirəcəyəm. O da dedi ki, mən də o hasarı sökdürəcəyəm. Mən də onda demişəm ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm”. İcra başçısı Adil Vəliyev adi vətəndaşa deyir ki, üstündən maşınla keçəcəyəm! Adil Vəliyev Əliağa adında şəxsi gətirib, guya mən bu bağı ona təhvil verməliyəm. Mən də dedim ki, vermirəm, verməyəcəm. Kiminsə “naçalnik oxrana”sına bağımı niyə təhvil verməliyəm? Hələ başqa şeylər var. Başqa adamların da adı hallanır. O adamların adını çəkmək mənə yaraşmaz. Hasar sökülüb, evlər sökülüb. Məni salıblar Bilgəhin tarixinə. Guya Bilgəhdə yeganə evdir ki, qeyri-qanunidir. 20 il bundan əvvəl tikilən bağları söküb qoydular yerə. Bu bağın ən azı 12 il “stajı” var. Çıx, göydən sputniklə bax, görəcəksən ki, 2010-2015-ci illərdə bu bağ Bilgəhdə olub, ya yox. Mən heç vaxt bələdiyyə sədri olmamışam. Oğlum 2000-ci ildə bələdiyyə sədri olub. Azərbaycanda ən gənc bələdiyyə sədri idi. Bələdiyyə sədri kim olur, olsun, mənim hörmətimi həmişə saxlayıblar. Bu kənddə heç vaxt bir sözümü yerə salmayıblar. Mənim bu cür nüfuzum, sözümün keçməyi bunları incidir. Başqa şey yoxdur. Lap bələdiyyə sədri olsam, nə olsun? Pul verib, yer almışam də. Bəlkə, bələdiyyə bunları mənə pulsuz verib? Mən heç nə fikirləşən deyiləm. Qoy bunları təşkil edənlər fikirləşsinlər ki, “mən bundan sonra nə edim”. Mənim Bilgəhdə 10 restoranımı söküb qoyublar yerə. Yerini də göstərə bilərəm. Öz də bahalı restoranlar idi. Heç səsimi çıxartmışam? Saysız-hesabsız bağ evlərini söküblər. Demişəm ki, əcəb edirsiniz. Sonra? Yəni mən bunları danışan adam olmamışam. Mənə yaraşmaz, durub ağlayım ki, vay, restoranlarımı söküblər. Yaxşı ediblər. Adil Vəliyev qışqıra-qışqıra gəlib ki, səndən bu ərazini alıram. Nəvələrimin, nəticələrimin hamısına dəqiq demişəm ki, bu yer mənimdir, bu restoran mənimdir, kim məndən necə alıb... Vəssalam. Üstündən 20-30 il keçsə də, övladlarım, nəvələrim, nəticələrim, mənim bilgəhlilərim o adamlardan geri alacaqlar. Mən guya internatda böyümüşəm? Evlərim də var, eşiklərim də. Gecə-gündüz əlləşib, pul qazanmışam, zəhmət çəkmişəm. Yeganə adamam, mənə deyə bilmirlər ki, sən vəzifədə oturub rüşvət almısan. Yaxşıdır də, indi Adil Vəliyev gəlib deyir ki, 20 il əvvəl qeyri-qanuni tikmisən. Hə, çox mübarək, sonra? Durub kənardan yazıq-yazıq baxım ki, sökürlər? Dəvəyə çimdik atanda nə olur ki?” - o qeyd edib.



Q.Salahzadə Murad Cənnətov adlı şəxsin Adil Vəliyevlə arasındakı söhbətin şahidi kimi mətbuata açıqlama verməsinə isə belə münasibət bildirib: “Murad Cənnətov hazırda Bilgəhdə bələdiyyə sədridir. İcra başçısı tapşırıb, o da müsahibə verib. Murad Cənnətov Hacı Qalibi görəndə icazə alır ki, “sənə salam verim, ya yox?” Murad kimdir ki? Mən kimin yanında kimisə söymüşəm? Adil Vəliyev ona tapşırıb ki, belə danış. Onu verərəm məhkəməyə, görüm mən kimi harada, kimin yanında söymüşəm? Murad Cənnətov hara, mən hara?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...