Azərbaycanlı deputat niyə Rusiyaya buraxılmayıb?
“Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə icazə verilməməsinə səbəb onun dəfələrlə anti-Rusiya və rusofobik açıqlamaları olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
Bildirilib ki, 2025-ci il mayın 4-də Azərbaycan Milli Məclisinin deputatı Badamov Rusiya ərazisinə buraxılmayıb:
“Azər Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya girişinə icazə verilmir. Buna əsas kimi Milli Məclisin deputatının dəfələrlə anti-Rusiya və rusofobik bəyanatlar verməsi göstərilir”.
O vurğulayıb ki, Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə təsir etmir:
“Rusiya dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra Rusiya qanunvericilərinə qarşı Azərbaycana giriş qadağası qoyulub. Son belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevə aiddir. Moskva hesab edir ki, bu cür məsələlərin media vasitəsilə iddialarla deyil, diplomatik kanallarla həll edilməsi düzgündür”.
Xatırladaq ki, daha öncə Milli Məclisin deputatı Azər Badamovun Moskvada hava limanında saxlanıldığı və ona Həştərxan reysinə minməyə icazə verilmədiyi bildirilib.
25 dəfə oxundu