"Bir nömrəli siyasi məhbus Misirin seçilmiş prezidenti Məhəmməd Mursidir" Əli Həsənov

 "Bir nömrəli siyasi məhbus Misirin seçilmiş prezidenti Məhəmməd Mursidir"

“Azərbaycan mediası Qərbin anti-Azərbaycan kampaniyasına lazımi dirəniş nümayiş etdirir. Bu da onu göstərir ki, Azərbaycan mediası inkişaf edib və bu potensiala malikdir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransdakı çıxışında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, müstəqil media Azərbaycan dövlətinin problemlərini çiyninə götürə, xarici mətbuatdakı qərəzli yazılara cavab verə bilir: “Hər bir jurnalist unutmamalıdır ki, xalqı, dövləti təmsil edir, dövlətə, Vətənə bağlılıq arxa plana keçməməlidir. Müasir dünyada o qədər standartlar yaranıb ki, indiyə qədər təbliğ etdiyimiz Qərb media standartları da artıq yaramır. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin maraqları ifadə olunur və bu maraqlar yeganə obyektiv informasiya kimi təqdim edilir. Lakin biz bilirik ki, bu gün Asiyada, Afrikada baş verənlər təqdim olunduğu kimi deyil. Son 10 ildə o dövlətlərin başına nə oyunlar açıldı, müsəlman dünyasında insanları bir-birinə qarşı necə vuruşdurdular? Dünyada siyasi məhbus axtarırlar. Bu gün bir nömrəli siyasi məhbus Misirin seçilmiş prezidenti Məhəmməd Mursidir. Bu gün çoxstandartlılığın hökm sürdüyü dünyada bəzi jurnalistlər belələrinə dəstəvuz verir, onlara yadım göstərirlər. Bu məsələlərdə xaricdə yaşayan bəzi Azərbaycan jurnalistlərindən də istfiadə edirlər”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...