Professordan Əvəz Zeynallı ilə bağlı nazirliyə – MÜRACİƏT
Əvəz Zeynallı ilə bağlı yaranmış situasiyada proqnozun kifayət qədər ciddi olması, yetərincə peşəkar müayinə və müalicə tələb etməsi, bu proseslərinin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyü əsas götürülməlidir.
Tribunainfo.az xəbər verir ki, bu sözləri ptofessor Adil Qeybulla bildirib. O əlavə edib ki, dəyərli Azərbaycan ziyalısı, tanınmış jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı Məlahət xanımın açıqlamasını hər kəsin diqqətə alması vacibdir:
“Histologi verifikasiyadan məlumatsız olsam da, Məlahət xanımın yazısından diaqnozun – «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» olduğunu anladım. Əgər belədirsə, xəstəliyin «wild» və ya «mutagen» forması olduğuna aydınlıq gətirilməlidir. Bu məqsədlə müvafiq genlər yoxlanmalı, sonra isə müalicə istiqaməti seçilməlidir.
Bunları niyə qeyd etməyi zəruri hesab edirəm? Çünki bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasına uyğun gəlir. Yaranmış situasiyada proqnozun kifayət qədər ciddi olması, yetərincə peşəkar müayinə və müalicə tələb etməsi, bu proseslərinin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyü ilk növbədə əsas götürülməlidir.
Xəstəliyinin fatal səviyyədə ciddiliyini nəzərə alaraq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi konsilium təşkil etməli, məsələnin təcililiyini müvafiq dövlət strukturları qarşısında qaldırmalıdır. Əvəz Zeynallının səhhətinin təhlükədə olmasını, onun peputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qəti imkan tədbirinin dəyişdirilməsi məsələsi də öz həllini tapmalıdır.
Allah şəfa versin!”.
89 dəfə oxundu