Mingəçevirdə bir ailənin evi və maşını yandı – VİDEO

Mingəçevirdə bir ailənin evi və maşını yandı –
Mingəçevirdə yanan “Opel”​​​​​​​ markalı avtomobil 3 otaqlı evin yanmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi, Bahar küçəsi 17 ünvanında yaşayan Tərlan Umarovun həyətində baş verib.
Ev sahibəsi Qənirə Kərimovanın verdiyi məlumata görə, əvvəlcə həyətdə olan “Opel” markalı avtomobil alışıb yanıb. Daha sonra avtomobildə baş verən partlayış 3 otaqlı evin əşyaları ilə birgə yanmasına səbəb olub.
O qeyd edib ki, həmin an qızı uşaqları ilə birgə evdə olublar. Yanğın zamanı evdən çıxa bilməyən ailə pəncərələrdən çıxıb xilas olublar. Yanğın zamanı xəsarət alan olmasa da ailəyə maddi ziyan dəyib.
Hadisə yerinə yetişən yanğınsöndürənlər yanğının qarışısını alaraq böyüməsinə imkan verməyiblər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
92 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...