Ukraynaya əsir düşən Çin əsgərləri Kiyevdə mətbuat konfransı keçirdi
Rusiya tərəfində vuruşan və Ukrayna əsgərlərinə əsir düşən iki Çin vətəndaşı Kiyevdə mətbuat konfransı keçirib.
Yeniavaz.com xəbər verir ki, onlar müharibəyə necə cəlb olunduqlarını danışıblar.
Van Quansyun yaralı əsgərlərin reabilitasiyası üzrə mütəxəssis kimi işləmək üçün rusiyalı işə götürən şəxslə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyasına gələndə o, “orduya gedib və başqa seçimi olmayıb”.
Çjan Renbo, əvvəlcə Rusiyaya səyahət etmək üçün gəldiyini və sonra “bir az pul qazanmağa qərar verdiyini” deyib. Onun sözlərinə görə, ona inşaatçı kimi iş təklif olunub, lakin sonra “başqa işlər başlayıb” və “artıq heç nə edə bilməyib”.
Çjan və Van bildiriblər ki, onların Çin hökumət rəsmiləri ilə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, aprelin 8-də Ukrayna Prezidenti Volodimir Zelenski iki Çin vətəndaşının Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyünü açıqlayıb.
Çin Xarici İşlər Nazirliyi rəsmi olaraq bəyan edib ki, ölkə hakimiyyəti Ukraynaya öz hərbi qulluqçularını göndərməyib.
61 dəfə oxundu