Sumqayıtda Heydər Əliyevin yubileyi ilə əlaqədar salınan yaşıllıq məhv edilib - Nazirlikdən açıqlama - FOTO+VIDEO
"Sumqayıt şəhəri, 14-cü məhəllədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 və 102 illiyi münasibətilə əkilmiş ağaclar iş adamı, "Sumqayıt" MTK-nın rəhbəri Aslan Manafov tərəfindən məhv edilir".
Bunu sakinlərin adından Bakupost.az -a həmin ünvanda yaşayan İsfəndiyar Rüstəmov bildirib.
Onun sözlərinə görə, yaşadıqları 1A/3B saylı binanın arxasında, Ümummilli Lider Heydər Əliyevin 95 illiyi münasibətilə 95 ədəd ağac əkilib:
"Hər il bu aksiya davam etdirilir. Sakinlər "95 ağac” aksiyası keçirərək orada xan çinarı, qovaq, şam, söyüd, müxtəlif dekorativ bitkilər və qızılgül kolları əkib. Bu il də Ulu Öndərin 102 illiyi münasibətilə ağaclar əkilib. Amma “Sumqayıt” MTK-nın rəhbəri Aslan Manafov həmin ərazini hasara alıb və heç bir dövlət qurumunun iştirakı olmadan ərazidə olan ağacları çıxartdırır. Orada bina tikmək istəyirlər. Amma bu, heç bir normativ aktlara, qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir. Çünki bizim bina ilə hasarın arası maksimum 6,8 metrdir. Orada hər hansı bir yanğın hadisəsi baş versə, binanın arxa tərəfində yaşayan sakinlərin təxliyyə yolu olmayacaq. Dövlət qurumlarından xahiş edirik ki, bu məsələni nəzarətə götürsünlər və yaşıllığın qorunması üçün bizə dəstək göstərsinlər".
Məsələ ilə əlaqədar “Sumqayıt” MTK-nın rəhbəri Aslan Manafovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Onun mövqeyini işıqlandırmağa hazırıq.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev isə Bakupost.az -a bildirib ki, sakinlərin şikayəti ilə bağlı aidiyyatı qurumlara məlumat verilib, məsələ araşdırılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bakupost.az -a bildirib ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, 1A/3B ünvanında ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb:
"İdarənin rəisi Asif Məcidov bildirib ki, 4 aprel 2025-ci il tarixində aparılan araşdırma zamanı sözügedən ərazidə “Sumqayıt“ MMC tərəfindən ərazi hasara alınarkən iki ağacın kəsildiyi və təbiətə 1080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. MMC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
“Yenidən əraziyə keçirilən baxış zamanı xeyli sayda ağacın kökündən çıxarıldığı aşkar olunub. Araşdırma zamanı ağacların Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan MMC-nin əməkdaşları tərəfindən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Çıxarılan ağacların yerində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və dəstəyi ilə yenidən ağaclar əkilib. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub ünvanlanıb”.
54 dəfə oxundu