Əvəz Zeynallı xəstəliyi ilə bağlı əfv edilə bilər? - Komissiya üzvü ən vacib şərti açıqladı

Əvəz Zeynallı xəstəliyi ilə bağlı əfv edilə bilər? -
"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalistin xəstəliyi günbəgün ağırlaşır. Onun vəziyyəti ilə bağlı artıq Prezidentə də müraciət olunub. Ə. Zeynallı bu diaqnozla əfv edilə bilərmi?

Qanunvericiliyə əsasən, bir sıra xəstəliklərlə bağlı məhkumları cəzadan azad edilə bildiyini xatırladan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Yeni Sabah"a bildirib ki, bunun üçün hər şeydən əvvəl təyin olumuş komissiyanın rəyi olmalıdır:

“Müəyyən xəstəliklərlə bağlı siyahı vardır ki, həmin xəstəliklərə tutulmuş şəxslər cəzadan azad edilə bilər. Bunun üçün hər şeydən əvvəl Əfv Komissiyasının müvafiq rəyi olmalıdır. Komissiyanın rəyi məhkəməyə təqdim olunduqdan sonra həmin rəyi nəzərə alaraq, məhkumun cəzadan azad edilməsi mümkündür.

Ümumiyyətlə, əfvlə bağlı məhkumların özləri, ailə üzvləri və vəkilləri müraciət edə bilər. Eyni zamanda, deputatlar, ayrı-ayrı qeyri-hökumət təşkilatları, Ombudsman və cəzaçəkmə müəssisəsinin adminstrasiyası da vəsatət qaldıra bilər”.

Ə. Nuriyev qeyd edib ki, bu barədə əfv komissiyasına müraciət edilməlidir:

“Əvəz Zeynallıya şəfa diləyirəm, tezliklə sağalmasını arzulayıram. İlk növbədə, ən vacib şərt ondan ibarədir ki, həmin şəxsin müraciəti Əfv Komissiyasına daxil olsun.

Daha sonra Əfv Komissiyası daxil olan müraciətə baxaraq, əfv etmə haqqında əsasnamədə nəzərdə tutulmuş kriteriyalara söykənərək, bu və ya digər şəxsin əfv olunub-olunmaması ilə bağlı rəyin hazırlanması barədə qərar qəbul edir. Bu qərarlar səsvermə yolu ilə qəbul edilir və cənab Prezidentə təqdim olunur. Əfv hüquqi isə dövlət başçısının müstəsna konstitusion səlahiyyətidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...