Şimali Kipr Azərbaycanda səfirlik açacaq: "Belə bir gözləntimiz var"

Şimali Kipr Azərbaycanda səfirlik açacaq:
Azərbaycanda Şimali Kipr Türk Respublikasının nümayəndəliyi fəaliyyət göstərir. Bakıdakı nümayəndəlik 1997-ci ildə açılıb və hazırda rəhbəri Ufuk Turganerdir.

Azərbaycan və Şimali Kipr arasında münasibətlərin dərinləşməsi fonunda nümayəndəliyin səfirliyə çevrilməsi müzakirə olunan məsələlərdəndir.

Modern.az-ın əməkdaşı bu sualla Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürkə müraciət edib.

O, “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında iştirak etmək üçün Bakıda səfərdədir.

Şimali Kipr Azərbaycanda səfirlik açacaq:


Yasemi Öztürk suala cavab olaraq belə bir ehtimalı istisna etməyib. "Belə bir gözləntimiz var", - Komitə sədri qeyd edib.

Öztürk əlavə edib ki, Şimali Kip təəssüf ki, 50 ildir təcrid və embarqolara məruz qalır.

“Bizə 2004-cü ildə referendum zamanı müsbət bir cavab alınsa, təcrid və embarqoların ləğv ediləcəyi sözü verildi. Bu söz beynəlxalq təşkilatlar tərəfindən verildi, amma tutulmadı. Bu mərhələdən sonra görürük ki, beynəlxalq təşkilatlar və Qərb dövlətləri Avropa İttifaqının maraqlarına uyğun olduğu müddətcə məsələyə tərəfsiz baxmırlar. Ona görə Türk dövlətlərinin birlik və bərabərliyi, bu toplantının burada edilməsi çox önəmlidir. Biz qardaş ölkəmizə, dövlətimizə gəldik. Mən burada özümü yad kimi hiss etmədim. Sanki öz ölkəmdəyəm, öz insanlarımın arasındayam. Mən bunun tanınması gərəkdiyini düşünürəm. Çünki 50 ildir bizi masaya həbs etdilər, Cənubi Kipr nə gücü, nə də idarəni paylaşmaq istəmir. Adanın tək sahibi kimi davranır. Keçən həftə parlamentlər arası toplantıda idim, orada da bunu açıq şəkildə dilə gətirdilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...