Vəhhabilərə hökm oxundu – 118 il

Vəhhabilərə hökm oxundu –

Onlar Küsnət-Qazma kəndi ərazisində tutulublar.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməkdə ittiham olunan vəhhabilərin məhkəmə prosesi başa çatıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, “Qafqazinfo”nun verdiyi məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov və Osman Mustafayevə hökm oxunub.

Hökmə əsasən 6 nəfər 14 il, 1 nəfər 13 il, 1 nəfər 12 il, 1 nəfər isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib və oradan külli miqdarda pul aparılıb. Keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralayıblar. Hadisədən sonra qaçıb gizləndiyi üçün Qusar şəhər sakini, 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda olub.

Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-Qazma kəndi ərazisində tutulublar.

Onlardan “Makarov” və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyası aşkar edilərək götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1354 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...