Bakıda milyonluq villa külə döndü

Bakıda milyonluq villa külə döndü

Bakıda böyük bir villa yanıb. Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli, mansarda tipli 7-otaqlı evdə yanğın olub. Yanğın qısa zamanda evin iki mərtəbəsini bürüyüb. Evin 1-ci mərtəbəsində ev əşyaları 5 kv.m sahədə, 2-ci mərtəbədə ev əşyaları 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbləri məlum deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...