"Nəzarətdən çıxmış raket minlərlə adamı öldürəcək” - ABŞ Çini İTTİHAM ETDİ

"Nəzarətdən çıxmış raket minlərlə adamı öldürəcək” -

Çinə məxsus “Long March 5b” adlı raketin nəzarətdən çıxması və yerə düşə biləcəyi bir müddətdir ki, dünya mediasının gündəmindədir.

KONKRET.az xəbər verir ki, kosmos üzrə mütəxəssis Conatan Makdovel mövzu ilə əlaqədar açıqlamasında raketin düşəcəyi təqdirdə minlərlə insanın ölə biləcəyini söyləyib. Açıqlamadan sonra Ağ Ev raketin mayın 8-də düşə biləcəyi barədə xəbərdarlıq edib.

Çinin ötən həftələrdə kosmosa göndərdiyi və istiqamətini dəyişən “Long March 5b” raketi ilə bağlı xəbərdarlıq edilmiş və 21 tonluq çəkiyə sahib raketin nəzarətdən çıxdığı, planlaşdırılmayan ərazilərə düşə biləcəyi açıqlanmışdı.

ABŞ Hərbi Hava Qüvvələri Kosmik Komandanlığı raketin izlənildiyini və ən böyüyü 30 metr uzunluğunda olan parçaların yerə düşə biləcəyini bildirib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə şənbə günü raket parçalarının dünyaya düşməsinin gözlənildiyini açıqlayıb.

“The Guardian” qəzeti yazıb ki, parçalar Ekvador yaxınlığında Sakit Okean istiqamətində düşə bilər. Bu trayektoriya isə Yeni Zelandiyadan Kanadanın Nyufaundlend bölgəsinə qədər geniş ərazini əhatə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...