Millimizin baş məşqçisi pedofiliyada ittiham edilir

 Millimizin baş məşqçisi pedofiliyada ittiham edilir


Azərbaycanın cüdo üzrə yığmasının baş məşqçisi Peter Zayzenbaxer pedofiliyada ittiham edilir.

AzVision.az TASS-a istinadən xəbər verir ki, baş məşqçinin Vyananın idman klublarından birində çalışarkən iki uşağı seksual zorakılığa məruz qoyduğu bildirilir.

Həmin qızlarından birinin polisə müraciətindən sonra bu barədə istintaq başlayıb. Zərərçəkən qızlardan biri Zayzenbaxerin ona qarşı 3 il ərzində seksual hərəkətlər etdiyini deyib.

Zayzenbaxerin vəkili hadisəyə münasibət bildirib: "İrəli sürülən ittihamlarla bağlı Zayzenbaxer açıqlama verməyəcək. O, medianın gündəmində olmaq istəmir".

Qeyd edək ki, cüdo üzrə ikiqat olimpiya çempionu 2012-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib. 2015-ci ildə yenidən bu posta qayıdıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...