Azərbaycan NATO standartlarına cavab verən silahlar istehsal edir - NAZIR

Azərbaycan NATO standartlarına cavab verən silahlar istehsal edir -


Azərbaycan hazırda 125 hərbi məmulatın yaradılması istiqamətində təcrübə-konstruktor işlərini uğurla davam etdirir. Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində deyib.

O bildirib ki, dost və tərəfdaş ölkələrlə əməkdaşlıq nəticəsində ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hərbi texnika, silah və sursat istehsal edən müəssisələrimiz tamamilə yenidən qurulub: “Müəssisələrimiz Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək iqtidarına sahib olub. Bu gün müəssisələrimiz dünya və NATO standartlarına cavab verə biləcək məhsul istehsal etmək qabiliyyəti əldə edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...