Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub

Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub


Rusiyanın Kiyevdəki səfirliyi bu gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, bu barədə "Strana.ua" saytı hadisə şahidlərinə istinadən xəbər verib. Məlumata əsasən, 20-dək naməlum şəxs gecə saatlarında diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıblar.

Səfirliyi mühafizə edən Ukrayna Milli Qvardiyaçıları faktı təsdiqləyib. Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya nəzərəçarpacaq dərəcədə ziyan dəyməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...