Azərbaycan Gürcüstana 59 milyon dollar yatırıb

Azərbaycan Gürcüstana 59 milyon dollar yatırıb

İlkin məlumatlara görə, 2015-ci ilin birinci rübündə Gürcüstana 175 milyon dollar həcmində birbaşa investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% azdır. Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir. Məlumata əsasən ilin birinci rübündə Gürcüstana ən çox investisiya yatıran ölkə Azərbaycan olub. Cari dövrdə Azərbaycan Gürcüstan iqtisadiyyatına 59 milyon ABŞ dolları yatırıb ki, bu da ötən illə müqayisədə 25,5% çoxdur.

Siyahıda ikinci yerdə 27 milyon ABŞ dolları ilə Türkiyə, üçüncü pillədə isə 23 milyon dollarlıq göstərici ilə Rusiya gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...