Yaponiya Ukraynaya 1,5 milyard dollar kredit ayırıb

Yaponiya Ukraynaya 1,5 milyard dollar kredit ayırıb

Yaponiya Ukraynada maliyyə sabitliyini təmin etməyə kömək məqsədilə bu ölkəyə 1,5 milyard dollar kredit ayırıb. APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynada səfərdə olan Yaponiyanın baş naziri Sindzo Abe Kiyevdə prezident Pyotr Poroşenko ilə görüşündən sonra bildirib. S. Abe deyib ki, Yaponiya Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və Donbass probleminin güc yolu ilə həllinə qarşıdır. O, tərəfləri Minsk razılaşmalarına əməl etməyə çağırıb.
P. Poroşenko isə Yaponiyaya səxavətli addıma görə təşəkkür edib: “Mən 1,5 milyard ABŞ dolları həmində kredit təminatı verməsi ilə əlaqədar Yaponiyaya minnətdaram. Bu, bizim maliyyə sabitliyini təmin etməyimizə imkan verəcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1187 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...