Ərdoğan azərbaycanlı qadının problemini həll edəcəyinə söz verdi

Ərdoğan azərbaycanlı qadının problemini həll edəcəyinə söz verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ziyarət etdiyi Ərdəhan vilayətində xalqla görüşü zamanı orada yaşayan azərbaycanlı qadının şikayətini dinləyib. Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.
Məlumata əsasən, Ərdoğan xalqa müraciət etdiyi tribunadan enərək qadının şikayətini dinləmək üçün ona yaxınlaşıb. Ərdoğana şikayət edən qadın Azərbaycan vətəndaşı və əcnəbi olduğu üçün özünün və oğlunun Türkiyədə işsizlik problemi ilə üzləşdiyini bildirib. Türkiyə Prezidenti bu problemin tez bir zamanda həll olunacağını vəd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...