Rusiya əfsanəvi Gəncə diviziyasını bərpa edir

Rusiya əfsanəvi Gəncə diviziyasını bərpa edir

Rusiya Müdafiə Nazirliyi hava-desant qoşunlarının Ulyanovsk briqadasının bazasında üç alaydan ibarət olacaq 104-cü qvardiya desant-hücum diviziyasını bərpa edir. Oxu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Silahlı Qüvvələri Baş Qərargahındakı mənbə bildirib.

“Ulyanovsk briqadasından 104-cü qvardiya desant-hücum diviziyasını yaratmaq qərara alınıb. Sovet İttifaqı dövründə öz cəsurluğu ilə şöhrət tapmış bu qvardiya Kirovabadda (Azərbaycanın İndiki Gəncə şəhəri) yerləşirdi”, - həmsöhbət bildirib.
Onun sözlərinə görə, yaradılan birləşmənin tərkibində üç alay olacaq: “Bu alayları Ulyanovsk, Engels və Orenburqda yerləşdirmək planlaşdırılır”. Agentliyin həmsöhbəti diviziyanın nə vaxt yaradılacağını dəqiqləşdirməyib, amma təşkilati ştat tədbirləri yaxın illərdə həyata keçiriləcək. Rusiyanın hava-desant qoşunlarının tərkibinə dörd hava-desant və desant-hücum diviziyası və dörd desant-hücum briqadası, eləcə də xüsusi təyinatlı briqada daxildir.


Qeyd edək ki, diviziya 1944-cü ilin dekabr ayında yaradılıb. Diviziyanın yekun formalaşdırılması 1946-cı ildə baş verib. Bu zaman 104-cü atıcı diviziyası Kutuzov ordenli 104-cü hava-desant qvardiyasına çevrilmişdi. Diviziya Kirovabad (indiki Gəncə) və Şamxor (indiki Şəmkir) şəhərlərində yerləşirdi. 1933-cü ildə diviziya Azərbaycandan çıxarılaraq, tam olaraq Ulyanovsk və Polivna qəsəbəsinə (1180-ci qvardiyanın artilleriya alayı) köçürülüb və 1998-ci ildə ixtisar edilənə qədər burada yerləşib. 1998-ci ildə diviziya briqadaya qədər ixtisar edilərək, 31-ci Kutuzov ordenli hava-desant qvardiyası adını alıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...