Ankarada terror hücumu, ölü və yaralılar var - VİDEO

Ankarada terror hücumu, ölü və yaralılar var -
Ankarada TUSAŞ aerokosmik şirkətinin obyektinə qarşı hücum baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz sosial şəbəkə hesablarında açıqlayıb.

Onun sözlərinə görə, Kahramankazanda baş verən terror hücumu zamanı həlak olanlar və xəsarət alanlar var. Bununla belə, say hələ qeyd olunmayıb.

***

“Ahaber”in məlumatına görə, şirkət ərazisində girişlərdən birinin yaxınlığında partlayış baş verib.

Bildirilib ki, bunun ardınca, insident baş verən ərazidə atışma səsləri eşidilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...