Ərdəbilə qar yağdı, məktəblər bağlandı

Ərdəbilə qar yağdı, məktəblər bağlandı
Ərdəbil əyalətinə güclü qar yağması səbəbindən bir neçə şəhərdə məktəblər bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ərdəbil Əyalətinin Təhsil İdarəsi məlumat yayıb.

Məlumata görə, Ərdəbil, Səreyn, Xalxal və Xiyav (Meşginşəhr) şəhərlərində məktəbəqədər və ibtidai məktəblərdə tədris dayandırılıb.

Bununla yanaşı, yerli medianın verdiyi məlumata görə, Ərdəbil əyalətinin bir sıra bölgələrində, xüsusən dağlıq bölgələrdə nəqliyyatın hərəkəti çətinləşib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
75 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...