“Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb

“Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb
Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib.

Gundeminfo.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...