Putin: "BRİCS-də xüsusi “taxıl birjası” yaranacaq"

Putin: "BRİCS-də xüsusi “taxıl birjası” yaranacaq"
Tatarıstanın paytaxtı Kazan şəhərində BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclası Rusiya prezidenti Vladimir Putin giriş sözü ilə açıb.

Putin qlobal iqtisadiyyat və BRİCS-dəki vəziyyət barədə danışıb.

Onun sözlərinə görə, fəaliyyət mərkəzləri indi inkişaf etməkdə olan bazarlara doğru dəyişir və inkişaf etmiş ölkələrdə borc yükü artır:

"Bu baxımdan BMT-nin davamlı inkişaf gündəliyi həyata keçirilmir".

Kremlin sahibi qeyd edib ki, BRİCS-də xüsusi “taxıl birjası” yaranacaq:

"Bu da dünyada taxıl qiymətlərinin ədalətli göstəricilərini yaratmağa kömək edəcək və sonradan tam hüquqlu əmtəə birjasına çevrilə biləcək.

Təklif olunur ki, BRİCS-də yeni investisiya platforması yaradılsın, qiymətli metallar və brilyantlar üçün ayrıca platforma işə salınsın".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...