Gürcüstanda dövlət çevrilişi hazırlanır: 3 gündən sonra…

Gürcüstanda dövlət çevrilişi hazırlanır:
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə dövlət çevrilişi hazırlayan qrup var.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, çevriliş hələ 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra planlaşdırılıb:

“Bu dəfə müşahidəçi qeyri-hökumət təşkilatlarının köməyi ilə Gürcüstanda iğtişaşlar üçün qondarma bəhanə yaratmaq məqsədilə saxta seçki hesabatlarına hazırlaşırlar. Hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...