Jurnalist Əziz Orucovun təcridxanada səhhəti pisləşib

Jurnalist Əziz Orucovun təcridxanada səhhəti pisləşib
Kanal-13 İnternet televiziyasının rəhbəri əziz Orucovun istintaq təcridxanasında səhhəti pisləşib.

Bakupost.az xəbər verir ki, bunu Turan-a onun xanımı Lamiyə Orucova bildirib.

"Əzizin nevroloji problemləri yenidən kəskinləşib. Sol əlində titrəmə var. Əlini sabit saxlaya bilmir. Yuxusu pozulub, az yatır və bu, gün ərzində yüksək qan təzyiqinə səbəb olur. Bütün gün təzyiqi 180-ə yüksəlir. Böyrək faktoru da yüksək təzyiqə təsir göstərir. Əziz xroniki böyrək çatışmazlığından əziyyət çəkir", - Orucova deyib.
Onun sözlərinə görə, bir ay əvvəl jurnalist sistit xəstəliyinə tutulub.
"əzizin ciddi müayinə və müalicəyə ehtiyacı var. Təcridxana şəraitində bu, mümkün deyil, çünki müayinə üçün müvafiq aparatlar və həkim-mütəxəssislər yoxdur.
Əzizə dərman yazıblar, ancaq onları qəbul etdikdən sonra vəziyyəti daha da pisləşib", - Orucova bildirib.
Penitensiar müəssisədən şərh almaq mümkün olmayıb.
Ə.Orucov 27 noyabr 2023-cü ildə qanunsuz tikinti ittihamı ilə saxlanılıb və məhkəmə onu üç ay müddətinə həbs edib. Lakin dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) yeni ittiham irəli sürülüb. Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir. Əziz Orucov bundan əvvəl, 2017-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxıb və ittihamı ləğv edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
74 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...