Həbsdəki icra başçısına ağır itki

Həbsdəki icra başçısına ağır itki
Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə ağır itki üz verib.

Gununsesi.info-nun xəbərinə görə, sabiq başçının anası vəfat edib.

Onun anasının hüzr məclisinə buraxılıb-buraxılmaması bəlli deyil.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilsə də sonradan cəzası 3 il azaldılıb. M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvətalma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...